Kollektiv. Azərbaycan ədəbiyyatı tarixi. On cilddə. III cild (2020)

Title:Azərbaycan ədəbiyyatı tarixi. On cilddə. III cild: Orta əsrlər Azərbaycan ədəbiyyatı (XIII-XVI əsrlər)
Author:İsa Həbibbəyli, Ataəmi Mirzəyev, Azadə Rüstəmova, Möhsün Nağısoylu, Nüşabə Araslı, Fəridə Əzizova, Teymur Kərimli, Zəkulla Bayramlı, Çingiz Sadıqoğlu, Qədim Qubadov, Firudin Qurbansoy, Vəcihə Feyzullayeva, Səltənət Əliyeva, Rəhim Əliyev, Səadət Şıxıyeva, Əbülfəz Kərimov, Könül Hacıyeva, Tahir Məhərrəmov, Azadə Musabəyli, Zəhra Allahverdiyeva, Gülçin Babayeva, Paşa Kərimov, Məhərrəm Qasımlı
Translator:
Editor:Baş redaksiya şurası: Ramiz Mehdiyev (sədr), İsa Əkbər oğlu Həbibbəyli (baş redaktor), Teymur Həşim oğlu Kərimli, Ataəmi Mirzəyev, Fəridə Əzizova; Redaksiya şurası: İsa Həbibbəyli (baş redaktor), Ataəmi Mirzəyev (məsul redaktor), Nüşabə Araslı, Fəridə Əzizova, İmamverdi Həmidov, Zəkulla Bayramlı (məsul redaktorun müavini), Çingiz Sadıqoğlu, Bəsirə Əzizəliyeva (məsul katib); AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
Language:Türkcə
Series:
Place:Bakı
Publisher:“Elm” nəşriyyatı
Year:2020
Pages:1092
ISBN:
File:PDF, MB
Download:Click here

Kollektiv. Azərbaycan ədəbiyyatı tarixi. On cilddə. III cild: Orta əsrlər Azərbaycan ədəbiyyatı (XIII-XVI əsrlər). Bakı: “Elm” nəşriyyatı, 2020, 1092 s.

Annotasiya:

On cildlik “Azərbaycan ədəbiyyatı tarixi” kitabının üçüncü cildi XIII-XVI yüzilliklər Azərbaycan ədəbiyyatını əhatə edir. Azərbaycan ədəbiyyatının yeni dövrləşmə konsepsiyasına əsasən XIII-XVI əsrlər ədəbiyyatımızın orta əsrlər dövrü hesab olunur. XIII əsrdə anadilli ədəbiyyatın təşəkkülünü şərtləndirən ictimai-iqtisadi və tarixi-siaysi mühitin kontekstində Azərbaycan dilində ilk poetik əsərlər yazmış İzzədin Həsənoğlu, Qazi Bürhanəddin, İmadəddin Nəsimi kimi şairlərin, habelə Yunus Əmrənin yaradıcılığı təhlil obyektinə çevrilir. Burada anadilli epik poeziyanın anonim “Dastani-Əhməd Hərami” və Qul Əlinin “Qisseyi-Yusif”, Yusif Məddahın “Vərqa və Gülşah”, Mustafa Zərir və Suli Fəqihin “Yusif və Züleyxa” poemaları ədəbiyyatımızın gözəl örnəkləri kimi araşdırılır. Anadilli bədii yaradıcılığın ilk nümunələrinin araşdırılması zamanı bu ədəbiyyatın həm ümumtürk qaynaqları, həm də Yaxın və Orta Şərq ədəbiyyatı ənənələri göz önünə alınır ki, bu da XIII-XV əsrlər Azərbaycan poeziyasının unikal və orijinal ədəbi hadisə kimi qiymətləndirilməsinə zəmin yaradır. Azərbaycan ədəbi-mədəni həyatında yeni yüksəliş dövrü kimi tanınan XV-XVI yüzilliklərin poeziyamıza bəxş etdiyi Cahan şah Həqiqi, Kişvəri, Əfsəhəddin Hidayət, Həbibi, Süruri, Hamidi, Həqiri, Şah İsmayıl Xətayi, Dədə Ömər Rövşəni, Şeyx İbrahim Gülşəni, Bəsiri və b. anadilli şairlərin, həmçinin Anadoluda yaşayıb-yaratmış Pir Sultan Abdalın yaradıcılığı geniş surətdə təhlil süzgəcindən keçirilərək, poeziyamızın Füzuli zirvəsinə gedən yolunu müəyyənləşdirən bir ədəbi hadisə kimi dəyərləndirilir. XIII-XVI əsrlərdə fars dilində də şeir yazmaq ənənəsini davam etdirən Azərbaycan şairlərindən Zülfüqar Şirvani, Hümam Təbrizi, Şeyx Mahmud Şəbüstəri, Nəsirəddin Tusi, Marağalı Əvhədi, Əssar Təbrizi və başqalarının da yaradıcılığına milli-mənəvi dəyərlər işığında nəzər salınır. XIII-XVI əsrlərdə Azərbaycan ədəbi-nəzəri fikri İzzəddin Zəncani, Nəsirəddin Tusi, Şərəfəddin Rami, Səfiəddin Urməvi, Sadiq bəy Sadiqi kimi görkəmli ədəbiyyatçı alimlərin yaradıcılığı əsasında təhlilə cəlb edilir.