1595-ci il tarixli Gəncə-Qarabağ vilayətinin icmal dəftəri (2022)

Title:1595-ci il tarixli Gəncə-Qarabağ vilayətinin icmal dəftəri=The İcmal defter (The Short register) of the province of Gence-Karabağ
Author:
Translator:Ön söz, araşdırma, tərcümə, qeyd və şərhlər: Hüsaməddin Qaramanlı
Editor:Elmi redaktor: Tofiq Hümbət oğlu Nəcəfli; AMEA A. A. Bakıxanov adına Tarix İnstitutu
Language:Türkcə
Series:Azərbaycan tarixinə dair mənbələr
Place:Bakı
Publisher:“BİROL GROUP” MMC
Year:2022
Pages:420
ISBN:
File:PDF, 1.92 MB
Download:Click here

1595-ci il tarixli Gəncə-Qarabağ vilayətinin icmal dəftəri. Ön söz, araşdırma, tərcümə, qeyd və şərhlər: H. Qaramanlı; Elmi redaktor: T. Nəcəfli. Bakı: “BİROL GROUP” MMC, 2022, 420 s.

Annotasiya:

Osmanlı mənbələri arasında təhrir dəftərləri xüsusi yer tutur. İnzibati-ərazi vahidləri üzrə tərtib edilərək aid olduqları bölgənin vergilərə cəlb ediləcək bütün resurslarının, xüsusilə vergiödəyici əhalisinin siyahıya alınaraq qeyd edildiyi bu dəftərlər zəngin, nadir və bəzi hallarda müstəsna əhəmiyyətli faktiki məlumat ehtiva edən ilkin qaynaqlardır.

“1595-ci il tarixli Gəncə – Qarabağ vilayətinin icmal dəftəri” [İstanbulda Başbakanlık Osmanlı Arşiv Dairəsində (TT №:0699) saxlanılır] də dövrə aid mühüm mənbədir. Burada vilayətin inzibati-ərazi bölgüsü, iqtisadi həyatı, demoqrafik və etnik vəziyyəti, şəhərləri, kəndləri və toponimiyası haqqında təkzibedilməz faktlar öz əksini tapmışdır.

Bu nəşrdən mütəxəssislər və Azərbaycan tarixi ilə maraqlanan oxucular faydalana bilərlər.