Bərzigər Y. M. İran İslam Respublikasının Şimal-Qərb bölgəsinin iqtisadi-coğrafi xüsusiyyətləri. Dissertasiya (2005)

Title:İran İslam Respublikasının Şimal-Qərb bölgəsinin iqtisadi-coğrafi xüsusiyyətləri. Dissertasiya
Author:Yaqub Məhəmməd oğlu Bərzigər
Translator:
Editor:Elmi rəhbərlər: Budaq Əbdüləli oğlu Budaqov, Zakir Namin oğlu Eminov
Language:Türkcə
Series:
Place:Bakı
Publisher:AMEA akademik H. Əliyev adına Cİ
Year:2005
Pages:129
ISBN:
File:PDF, 28.5 MB
Download:Click here

Bərzigər Y. M. İran İslam Respublikasının Şimal-Qərb bölgəsinin iqtisadi-coğrafi xüsusiyyətləri: coğrafiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiya. Elmi rəhbərlər: B. Ə. Budaqov, Z. N. Eminov. Bakı: AMEA akademik H. Əliyev adına Cİ, 2005, 129 s.

Tədqiqatın obyekti. İran İslam Respublikasının şimal-qərbində olan ərazilərdir. Ölkədə mövcud olan inzibati-ərazi bölgüsünə görə şimal-qərb regionunda 7 ostan (vilayət) yerləşir. Onlara Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Zəncan, Qəzvin, Həmədan, Kürdüstan aiddir.

İranın 189002 kvkm sahəyə malik olan şimal-qərb hissəsi ümumi fiziki-coğrafi və iqtisadi-coğrafi əlamətlərə malikdir. 1996-cı ildə aparılmış sonuncu siyahıyaalınmaya əsasən burda 11883358 nəfər yaşayır (2005-ci ildə 13587312 nəfər). Regionda 139 şəhər yaşayış məntəqəsi mövcuddur.