Cəbiyev Q., Allahverdiyev S. Azərbaycan tarixi: ən qədim zamanlardan müasir dövrə qədər (2017)

Title:Azərbaycan tarixi (ən qədim zamanlardan müasir dövrə qədər)
Author:Qafar Cəfər oğlu Cəbiyev, Səttar Şahverdi oğlu Allahverdiyev
Translator:
Editor:Elmi redaktor: Süleyman Abbas oğlu Məmmədov
Language:Türkcə
Series:
Place:Bakı
Publisher:“Elm və təhsil” Nəşriyyat-Poliqrafiya Müəssisəsi
Year:2017
Pages:621
ISBN:
File:PDF, MB
Download:Click here

Cəbiyev Q. Allahverdiyev S. Azərbaycan tarixi (ən qədim zamanlardan müasir dövrə qədər). Ali məktəblərin qeyri-ixtisas fakültələrinin bakalavriat pilləsi üçün dərslik. Elmi redaktor: S. Məmmədov. Bakı: “Elm və təhsil” NPM, 2017, 621 s.

Annotasiya

Dərslik ən qədim dövrdən XXI əsrin ikinci onilliyinin ortalarına qədər olan dövrü əhatə edir. Dərslikdə Azərbaycanın ən qədim insan məskənlərindən biri olması vurğulanır. Azərbaycanda ibtidai insan cəmiyyətinin dağılması, sinifli cəmiyyətin və dövlətin yaranması, Manna, Atropatena və Albaniya dövlətlərinin meydana gəlməsi, Azərbaycanda dövlətçilik ənənələrinin yaranmasından bəhs olunur. Erkən orta əsrlərdə Azərbaycan xalqının formalaşması, xalqının formalaşmasında islam dininin rolu göstərilir. Türk xalqlarının Azərbaycana axını və onların yerli türk xalqları ilə qaynayıb-qarışması, türk amilinin Cənubi Qafqazda dönməz amilə çevrilməsi izah edilir. Orta əsrlərdə Eldənizlər, Şirvanşahlar dövlətlərinin Azərbaycan intibahının yaranmasında rolu qeyd olunur. Qaraqoyunlu, Ağqoyunlu, Azərbaycan Səfəvi dövlətlərinin dövlətçilik ənənələrini yaşatmaqda əhəmiyyəti izah edilir, Nadir imperiyası dövründə Azərbaycanda baş verən hadisələr, xanlıqların Azərbaycan tarixində rolu, Azərbaycanın Rusiya və İran arasında bölüşdürülməsi, müstəmləkə əsarətinə qarşı mübarizə, ölkənin sosial-iqtisadi, siyasi, mədəni inkişafı şərh olunur. XX əsrdə Azərbaycanda üç respublikanın (AXC, Azərbaycan SSR, Azərbaycan Respublikası) yaranması, fəaliyyəti və Azərbaycan xalqının taleyində onların rolu göstərilmişdir.

Dərslikdə SSRİ-nin dağılması, Azərbaycanın müstəqillik qazanması, Qarabağ problemi, Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi, onun və prezident İlham Əliyevin hakimiyyəti dövründə daxili və xarici siyasət sahəsindəki uğurlar işıqlandırılmışdır.