Əbdürrəhim Ərdəbili Şirvani. Məzhər üt-Türki (2023)

Title:Məzhər üt-Türki
Author:Əbdürrəhim Ərdəbili Şirvani
Translator:[Fars dilindən] Tərcüməçilər: İxtiyar Bəxşi, Günel Orucova
Editor:Tərtibçi, ön sözün və şərhlərin müəllifi: Nadir Məmmədli (Nadir Baloğlan oğlu Məmmədov); Elmi redaktor: Möhsün Zellabdin oğlu Nağısoylu; AMEA Nəsimi adına Dilçilik İnstitutu
Language:Türkcə
Series:
Place:Bakı
Publisher:“Elm və təhsil” Nəşriyyat-Poliqrafiya Müəssisəsi
Year:2023
Pages:216
ISBN:9789952568509
File:PDF, 83.3 MB
Download:Click here

Əbdürrəhim Ərdəbili Şirvani. Məzhər üt-Türki. Tərcüməçilər: İ. Bəxşi, G. Orucova; Tərtibçi, ön sözün və şərhlərin müəllifi: N. Məmmədli; Elmi redaktor: M. Nağısoylu. Bakı: “Elm və təhsil” NPM, 2023, 216 s. ISBN 9789952568509

Annotasiya

Əslən Ərdəbil şəhərindən olan XVIII əsr Azərbaycan alimi Əbdürrəhim Ərdəbili Şirvaninin müəllifi olduğu “Məzhər üt-Türki” dərsliyi (risalə) təxminən 270 il əvvəl [1753-cü ildə], Nadir Şah Əfşar dövründə Qızılbaş türkcəsini qeyri-türklərə öyrətmək məqsədilə yazılmışdır. İranın Qum şəhərində mühafizə olunan, Azərbaycan dili və tarixi üçün bu mötəbər və qiymətli əlyazmanı Tehranın Fərhangiyan Universitetinin Fars dili və ədəbiyyatı fakültəsinin dosent doktoru, əslən azərbaycanlı İxtiyar Bəxşi AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədliyə hədiyyə etmişdir.

İlk dəfə Azərbaycanda fars dilindən tərcümə və çap olunan bu dərslik dilimizin inkişaf yolları, qrammatik və leksik normalarının tarixi təkamülünün öyrənilməsi baxımından dil tarixçiləri, türkoloq və iranşünaslar üçün çox dəyərli vəsaitdir. Əlyazmanın əvvəlində qeyd olunur ki, dərslik İranda Qızılbaş türkcəsini qeyri-türklərə öyrətmək üçün yazılmışdır və bu türkcə “axıcı, dəyərli, sadə və şirin”dir. Elə orada “Məzhər üt-Türki” kitabının müəllifi Əbdürrəhim Ərdəbili Şirvaninin Ərdəbildə doğulduğu, yaşayıb boya-başa çatdığı, mənşəyinin də Ərdəbildən olduğu haqqında məlumat verilir.

Keywords: Mazhar ut-Turki, مظهرالترکی, Məzhər-üt-türki, مظهر الترکی, Məzhər-üt-Türki, Məzhər üt-türki, Mezher-i Türki, Mezher-i türki, Mezherü’t-türki, Мазхар ут-турки, Mezherü’t-Türki, عبدالرحیم شیروانی, Məzhər ət-Türki, Məzhər əl-Türki, Məzhər ət-türki, Məzhər əl-türki, Məzhər ət Türki, Məzhər ət türki, Məzhər əl Türki, Məzhər əl türki, Mezher üt-Türki, Mezher üt-türki, Mezher et-Türki, Mezher et-türki, Mezher el-Türki, Mezher el-türki, Mezher üt Türki, Mezhmer üt türki, Mezher et Türki, Mezher et türki, Mezher el Türki, Mezher el türki, Абдул Рахим Ширвани Ардебильи, Абдулрахим Ширвани Ардебильи, Абдуррахим Ширвани Ардебильи, Абдолрахим Ширвани Ардебильи, عبدالرحیم شیروانی, Abdurrahim Erdebili Şirvani, Mazhar-ı Türki, Mazhar al-Turk, Mazhar-ül-Türki, Mazhar-ut-Turki, Mazhar ut-Turki