Əkbər N. Nəcəf. Pis tarix (2020)

Title:Pis tarix: səfalətin kəşfi, səlamət sistemi, itaət rejimi və yoxsulların idarəsi
Author:Əkbər Nadir oğlu Nəcəf
Translator:
Editor:
Language:Türkcə
Series:
Place:Bakı
Publisher:Başla Kitab
Year:2020
Pages:352
ISBN:
File:PDF, MB
Download:Click here

Əkbər N. Nəcəf. Pis tarix: səfalətin kəşfi, səlamət sistemi, itaət rejimi və yoxsulların idarəsi. Bakı: Başla Kitab, 2020, 352 s.

“Pis” kimdir və eyni zamanda nədir ? Bu, italyan rahibin “media evo” (orta əsr) adını verdiyi Xristian Avropa tarixinin başlıca sualıdır. Həmin suala cavab axtaran əlinizdəki kitab, IV-XIX əsrlərin Xristian Dünyasında səfalətin dünyəvi imkanları qarşısında səlamətin sonsuz ilahiliyinin qabardıldığı yoxsulluq əxlaqı üzərinə qurulmuş itaət rejiminin tarixini aydınlatmaq həvəsindədir. Bu məqsədlə kitab kasıblığın sistem halına gətirdiyi, səfalət-səlamət rejiminin hökm sürdüyü, yoxsulun vicdanına dair tərbiyə qaydalarının və idarə strukturlarının yaradıldığı unudulmuş uzun qaranlıq keçmişi işıqlandırır. Alternativ bir “Avropa tarixi” oxuması olan bu əsərin hədəfi, müasir tədqiqatçılar tərəfindən feodalizm olaraq damğalanan, əslində təməl idealogiyası səlamət olan Roma İmperiyası sonra qitənin yaşadığı yoxsulluq sisteminin ümumi mənzərəsini yaratmaqdadır.

311-ci ildə Romanın xristianlığı tanıması ilə siyasiləşən səlamət anlayışı XIX əsrə qədər yaşadı. Bu tarixdən sonra onun yerini “siyasi iqtisad” anlayışı aldı. Siyasi iqtisadla birlikdə səfalət xristianlığın “saf, vicdani və ilahi normativləri”ndən qopardılaraq dövlətləşdirildi və yoxsulluq müasir iqtidarın ana problemi halına gətirildi. Modern iqtidar sistemi (ration statio) Avropada səfalətin kökünü qurudarkən, yoxsulluğu işğal etdiyi ölkələrə ixrac etdi. Beləcə, Avropa rifahın təminatı altına alınıb “yaxşının məkanı” halına gətirilərkən, onun “təhlükəsizliyi və inkişafı” yaşadığımız mədəniyyətin hədəfinə çevrildi.