Əkbər Nəcəf, Rizvan Hüseynov. Parfiya (2022)

Title:Parfiya: orta dünyanın memarları
Author:Əkbər Nadir oğlu Nəcəf, Rizvan Nəcəf oğlu Hüseynov
Translator:
Editor:
Language:Türkcə
Series:“Kosmo tarix seriyası”
Place:Bakı
Publisher:“Kosmo” nəşriyyatı
Year:2022
Pages:328
ISBN:
File:PDF, MB
Download:Click here

Nəcəf Əkbər N., Hüseynov R. N. Parfiya: orta dünyanın memarları. Bakı: “Kosmo” nəşriyyatı, 2022, 328 s.

Müasir tarixşünaslıq elmi “orta əsrlər”in yaranışını Roma imperiyasının süqutuna bağlayır. Bu tarixi hadisə quldar dünya nizamının dağılması və feodal münasibətlərin başlaması ilə əlamətdardır. Halbuki, “orta dünya” adlandırdığımız dövr Romanın parçalanıb süquta uğramasından çox-çox qabaq, e.ə. 1200-cü ildə başladı. Buna təməl beş amilin təsir etdiyi məlumdur: təktanrı təsəvvürü, köç hüququ, süvari kimliyi, soy sistemi və xalq nizamı. Qədim dünya anlayışını kökündən dəyişdirən bu beş təməl prinsip orta dünya təsəvvürünün əsasını təşkil edirdi.

Dünya anlayışını e.ə. XIII əsrdə formalaşan köç haqqı inşa etdi. Köç haqqı ilahi haqq anlayışıdır. Qədim türklər bu haqq əsasında dünyanın fəthinə başladılar. Köç haqqı köçəri həyat tərzi deyil, qədim türk zehniyyətinin yaratdığı ilahi nizam anlayışıdır.

E.ə. 1200-cü illərdə qədim türklərin əcdadları Tenqri dedikləri tək tanrıya inancıyla hərəkət edərək ortaq dünya təsəvvürünü yaranmasına şərait yaratdılar. Özünü “Tanrının yer üzündəki təmsili” olaraq görən bu təsəvvürün nümayəndələri Tanrının onlara tanıdığı köç haqqı əsasında dünyanı ələ keçirib insanlıq tarixində yeni bir mərhələ açdılar. Partiya dövləti bu anlayışın zirvəsi oldu. Həmin missiya ilə hərəkət edən partlar Orta və Yaxın Şərqdə gedən prosesləri kökündən dəyişməklə insanlığın dünya təsəvvürünü də dəyişdirdilər.

Bu əsərin məqsədi dünya tarixçiliyində “orta əsrlər” adlandırılan tarixə yeni tarixi-nəzəri baxış təqdim etməkdir. Adına “orta dünya” deyilən bu tarixi prosesin zirvəsi Parfiya olduğundan hadisələr bu kimliyi əhatə edən çətir altında təhlil edilmişdir.