Əzizov E. Ə. Difai: XX əsrin əvvəllərində erməni-azərbaycanlı münaqişəsinin ilkin tarixi şərtləri və səbəbləri (2009)

Title:Difai: XX əsrin əvvəllərində erməni-azərbaycanlı münaqişəsinin ilkin tarixi şərtləri və səbəbləri=Дифаи: исторические предпосылки и причины армяно-азербайджанского конфликта в начале XX века
Author:Eldar Əziz oğlu Əzizov
Translator:
Editor:
Language:Türkcə
Series:
Place:Bakı
Publisher:CBS Polygraphic Production
Year:2009
Pages:364
ISBN:
File:PDF, 6.36 MB
Download:Click here

Əzizov E. Ə. Difai: XX əsrin əvvəllərində erməni-azərbaycanlı münaqişəsinin ilkin tarixi şərtləri və səbəbləri. Bakı: CBS Polygraphic Production, 2009, 364 s.

Annotasiya

Eldar Əziz oglu Əzizovun bu kitabında erməni millətçi təşkilatlarının terrorçu fəaliyyətinə cavab olaraq Azərbaycanda ilk milli təşkilat “Difai” (Müdafiə) Partiyasının yaradılması və fəaliyyəti tarixi tədqiq edilir. Ən müxtəlif mənbələrdən cəlb edilmiş zəngin faktiki materialın təhlili və ümumiləşdirilməsi əsasında bu mövzunu ideoloji ehkamlardan və milli-subyektiv baxışlardan asılı olmadan işıqlandırmağa cəhd edilmişdir. Əsərdə “Difai”nin fəaliyyəti erməni-azərbaycanlı ziddiyyətlərinin yaranmasının ilkin tarixi şərtləri və səbəbləri fonunda nəzərdən keçirilir. Çar Rusiyasının XVIII əsrin birinci rübündən başlayaraq Cənubi Qafqaza hərbi-siyasi ekspansiyası bu ziddiyyətlərin əsasını qoymuşdur. Həmin siyasətin həyata keçməsində erməni amilinə İmperiyanın regionda sosial dayağı, müsəlman dövlətləri olan Türkiyə və İrana qarşı mübarizədə isə xristian forpostu rolu ayrılırdı. Məhz bu siyasət nəticəsində XX əsrin əvvəlində erməni-аzərbaycanlı ziddiyyətləri kulminasiya nöqtəsinə çataraq, açıq qanlı qarşıdurmaya çevrilmişdir. Azərbaycanlı əhalinin erməni terrorundan qorunmasında “Difai” partiyasının rolunun obyektiv və əsaslandırılmış şəkildə işıqlandırılması zərurəti müasir dövrdə bu araşdırmanın əhəmiyyətini və aktuallığını şərtləndirir.

Mündəricat

Giriş … 4
XX əsrin əvvəlində erməni-azərbaycanlı münaqişəsinin ilkin tarixi şərtləri və səbəbləri … 30
1905-1906-cı illərin erməni-аzərbaycanlı münaqişəsi “Difai” partiyasının yaranmasının əsas səbəbi kimi … 41
“Difai” partiyasının yaranması … 82
“Qarabağ Birlik Məclisi”: təşkilati strukturu və proqramı … 102
1906-1908-ci illərdə “Qarabağ Birlik Məclisi” – “Difai”nin fəaliyyəti … 118
Nəticə … 147
Əlavələr … 321
İstifadə edilmiş ədəbiyyatın siyahısı … 355