Gəncə-Qarabağ əyalətinin icmal dəftəri (2010)

Title:Gəncə-Qarabağ əyalətinin icmal dəftəri [tapu təhrir dəftəri – 699]
Author:
Translator:
Editor:Layihənin rəhbəri və ön sözün müəllifi: Yaqub Mikayıl oğlu Mahmudov; Tərtibçi: Tofiq Hümbət oğlu Nəcəfli; AMEA A. A. Bakıxanov adına Tarix İnstitutu
Language:Türkcə, Ottoman Turkish
Series:
Place:Bakı
Publisher:“Çaşıoğlu” Eİ-MMC
Year:2010
Pages:508
ISBN:9789952272819
File:PDF, 4.46 MB
Download:Click here

Gəncə-Qarabağ əyalətinin icmal dəftəri [tapu təhrir dəftəri – 699]. Layihənin rəhbəri və ön sözün müəllifi: Y. Mahmudov; Tərtibçi: T. Nəcəfli. Bakı: “Çaşıoğlu” Eİ-MMC, 2010, 508 s. ISBN 9789952272819

“Gəncə – Qarabağ əyalətinin icmal dəftəri” İstanbulda – Başbakanlıq Osmanlı Arxivində Tapu dəftəri no. 699-da saxlanılır. Bu dəftərin tərtibi ilə bağlı iş (1588-ci ildən) 5 il davam etmiş və hicri 1001-cı ildə (mart 1593-cü il) başa çatdırılmışdır. 298 səhifədən ibarət olan dəftərin bəzi səhifələri – 1, 95, 96, 98, 105, 109, 110, 118-123, 142-144, 169, 170, 190, 220-223, 237, 267-276, 284, 285, 290-298 tamamilə boşdur. Dəftərin 5-ci və 277-ci səhifələrinə Sultan III Mehmedin tuğrası çəkilmişdir. “İcmal dəftəri”nin dibaçəsi (s. 2-4) nəst xətti ilə, rəqəmlər ərqami – divaniyyə, dəftərin özü isə siyaqət xətti ilə yazılmışdır. Dəftərin 266 səhifəsini “Dirlik bölümü” (xass, zeamət və timarlar), 277-283-cü səhifələrini “Dirliyə əlavələr”, 286-289-cu səhifələrini isə “Vəkflər” təşkil edir.