Güney Azərbaycan (biblioqrafik göstərici) (2015)

Title:Güney Azərbaycan (biblioqrafik göstərici)
Author:
Translator:
Editor:Tərtib edəni və redaktoru: Nailə Baxşəli qızı Əskər, Qumru Fuad qızı Şəhriyar
Language:Türkcə
Series:
Place:Bakı
Publisher:Alatoran yayınları
Year:2015
Pages:208
ISBN:
File:PDF, 0.93 MB
Download:Click here

Güney Azərbaycan (biblioqrafik göstərici). Tərtib edəni və redaktoru: N. B. Əskər, Q. F. Şəhriyar. Bakı: Alatoran yayınları, 2015, 208 s.

Güney Azərbaycan mövzusu həmişə aktual və canlı mövzulardan biri olmuşdur. İstər siyasi təlatümlər zamanı bir necə dəfə yaşanan böyük köçlər nəticəsində buraya üz tutmuş insanların və onların övladlarının yaradıcılığı, istərsə də güney mövzusunda yazan bütün alim və yazarların əsərləri daim diqqət mərkəzində olmuşdur. Dövri mətbuatda bu mövzuda çap olunmuş yazılar da həmişə diqqətlə və sevgi ilə oxunmuşdur. Bu mövzuya geniş, ətraflı yazılar və kitablar həsr edilsə də, təəssüf ki, bunlar haqqında toplu halda məlumat ala biləcəyimiz bir vəsait yox idi.

Bütün bunları nəzərə alaraq, bu sahədə olan böyük boşluğu doldurmaq üçün Güney Azərbaycan mövzulu biblioqrafik göstərəci hazırlamaq qərarına gəldik. Tərtib etdiyimiz biblioqrafiya bu sahədə hazırlanmış ilk vəsaitdir. Mövzu ilə bağlı araşdırma aparan alimlərin, yazarların və geniş oxucu kütləsinin istifadəsinə verilmiş biblioqrafik göstərici tövsiyyə xarakterlidir. Biblioqrafiyada kitabların və dövri mətbuatda, məcmuələrdə çap olunmuş yazıların elmi, elmi-kütləvi, bədii, bədii-estetik, istimai-siyasi və s. mövzuları əhatə etməsinə diqqət yetirmişik. Eyni zamanda mövzu al-əlvanlığı yaradaraq Güney Azərbaycanın milli, dini, coğrafi, siyasi, tarixi, ədəbi və s. həyatını eyni dərəcədə işıqlandırmağa cəhd etmişik.

Oxucuya təqdim olunan bu biblioqrafik göstərici XX əsrin ilk rübündən bu günə qədərki dövrü əhatə edir. Biblioqrafik göstəricidə yalnız Azərbaycan Respublikası ərazisində və Azərbaycan türkcəsində çap olunmuş materiallar toplanmışdır. Biblioqrafiya 2 hissədən ibarətdir. Birinci hissədə bu mövzuda yazılmış kitablar toplanmışdır. İkinci hissədə isə dövri mətbuat səhifələrində, məcmuələrdə çapdan çıxmış yazılar, bədii əsərlər, elmi-tənqidi, publisistik məqalələr yer almışdır.

Verilmiş materiallar qismən elm sahələrinə görə – “Elm və mədəniyyət”, “Mətbuat, informatika”, “Fəlsəfə, din, sosiologiya”, “Siyasət”, “Təhsil”, “Bədii ədəbiyyat”, “Ədəbiyyatşünaslıq, dilçilik”, “Folklor” və “Tarix, coğrafiya” bölümlərinə ayrılmış, xroniki qaydada və daxili əlifba ardıcıllığı ilə qruplaşdırılmışdır. Bibloqrafik vəsaitdən istifadəni asanlaşdırmaq üçün sonda hər iki hissənin ayrıca əlifba göstəricisi verilmişdir.

Bu biblioqrafik göstəricinin faydalı olacağına ümid edir, eyni zamanda vəsaitlə bağlı olaraq arzu və rəylərini bildirəcək hər bir oxucuya əvvəlcədən minnətdarlığımızı bildiririk.