Hacıbayramlı N. Bolşevik işğalı və mübarizəmiz: siyasi mühacir xatirələri (2020)

Title:Bolşevik işğalı və mübarizəmiz: siyasi mühacir xatirələri
Author:Nağı Bayramgil Hacıbayramlı (Nağı Mustafa oğlu Hacıbayramlı; d. 1902 – ö. 1987)
Translator:
Editor:Redaksiya heyəti və türkcəyə çevirənlər: F. H. Hacıbayramlı, N. A. Hacıbayramlı, K. F. Hacıbayramlı, A. A. Hacıbayramlı, A. K. Hacıbayramlı; Redaktor: N. Əbdülrəhmanlı
Language:Türkcə
Series:
Place:Bakı
Publisher:“Qanun” nəşriyyatı
Year:2020
Pages:208
ISBN:
File:PDF, MB
Download:Click here

Hacıbayramlı N. Bolşevik işğalı və mübarizəmiz: siyasi mühacir xatirələri. Redaksiya heyəti və türkcəyə çevirənlər: F. H. Hacıbayramlı, N. A. Hacıbayramlı, K. F. Hacıbayramlı, A. A. Hacıbayramlı, A. K. Hacıbayramlı; Redaktor: N. Əbdülrəhmanlı. Bakı: “Qanun” nəşriyyatı, 2020, 208 s.

Annotasiya: Kitabda müəllifin 1936-cı ildə Varşavada çıxan “Şimali Kafkasya”, 1950-1960-cı illərdə Türkiyədə nəşr edilən ” Türk İzi” dərgisindəki məqalələri toplanaraq türkçəmizdə çap edilmişdir. Eləcə də kitabda 1920-1930-cu illərdə kommunist-bolşevik işğalına qarşı mübarizədə Müsavat Partiyasının “Qarayazı” gizli təşkilatına və silahlı üsyana rəhbərlik etmiş xalqımızın milli azadlıq və istiqlal tarixində öz yerləri olan Qurban, İsaxan və Nağı Hacıbayramlılar haqqında təqdimatlar verilmişdir.

Müəllif haqqında

Nağı Mustafa oğlu Hacıbayramlı Tiflis quberniyasının, Tiflis qəzasının Qarayazı pristavlığının Kosalı kəndində 1902-ci ildə mülkədar ailəsində anadan olmuşdur. Atası Mustafa Hacıbayramoğlu (1870-1916) zamanəsinin qabaqcıl fikirli, zəngin insanlarından biri olmuşdur. Çox böyük sürüləri, naxırları, qışlaq və yaylaqda otlaq yerləri, əkin sahələri, bağları, kənddə, pristavlıqda, Tiflis şəhərində mülkləri, digər daşınmaz əmlakları, çoxsaylı ticarəti, bankda hesabı və möhürü olmuşdur. Çar Rusiyası dövründə var-dövləti qiymətləndirilərkən bir milyon o zamankı pul vahidində dəyərləndirilmişdir. Birinci dünya müharibəsinin başlanması eləcə də Çar Rusiyasında baş verən məlum siyasi hadisələr mülkün rəsmiləşdirilməsinə mane olmuşdur. İndiki Qardabani, keçmiş Qaratəpədəki mülkünə dəmiryol vağzalından XIX əsrin sonlarında elektrik xəttinin çəkilməsi, süd-yağ və tikiş məhsullarının istehsalı üçün sənaye miqyaslı maşınlarının Qaratəpəyə gətirilməsi, böyük un dəyirmanının inşaası, aclıq illərində öz vəsaiti hesabına Odessa şəhərindən vaqonla unun gətirdib təmənnasız xalqa paylanılması Nağı Hacıbayramlının atası Mustafa Hacıbayramoğlu tərəfindən edilmişdir. Kosalı, Nəzərli kəndlərinin ağsaqqallarının ümumi iclası əhalinin vəsaiti hesabına kənddə məktəb açılmasına qərar vermiş və bu işin icrasına tapşırılanlardan biri Mustafa Hacıbayramoğlu olduğu göstərilmişdir. Dövrünün çox nüfuzlu şəxslərindən olan Mustafa Hacıbayramoğlu indi də Qarayazıda müxtəlif fikirlərin qısa ifadəsində insanların məsəl yeridir. Mustafa Hacıbayramoğlu övladlarının təhsil alması və Tiflis şəhər işguzar mühitinə qarışmasında mühüm işlər görmüş, oğlu Nağı 1919-cu ildə Tiflisdə dördillik rus dilində kommersiya təmaüllü gimnaziyanı bitirmişdir. 1916-1919-cu illər Mustafa Hacıbayramoğlunun ailəsi üçün çox ağır bir dövr olmuşdur. 1916-cı ildə Qarayazı pristavının xalqın malını talan edən, bolşeviklərə xidmət edən qaçaq ilə xaincəsinə sövdələşməsi nəticəsində Mustafa ağa öldürülür. Daha sonra 1917-ci ildə onun böyük oğlu Musa belə bir acı tale yaşayır. 1918-1919-cu illərdə iki övladı və həyat yoldaşı Fatma xanım vəfat edir. Atalarını itirmiş, yurdda qalan Hacıbayramlıların yeniyetmə və çox gənc övladlarının: Yunisin, Qurbanın, İsaxanın, Aslanın və Nağının göstərdikləri birlik və şücaət nəticəsində xəyanətkarlar layiqli cəzalarını alırlar. Nağı 1920-ci ildə Qaraçöpün nüfuzlu şəxslərindən olan Talıblı Hacı Cəfər oğlu Məmmədin qızı Nigar xanım ilə ailə qurmuşdur. Nigar xanımın anası Fatma xanım Qarayazının Kosalı kəndində yaşayan İman evi nəslindən olmuşdur. Hacı Cəfəroğlu Məmməd ağa nəinki Qarayazıda tanınmış, o eyni zamanda Qazaxlı Cahandar ağa və o dövrün bir çox tanınmış adamları ilə dostluq etmişdir.