Hacıyev F. V. Tiflis quberniyasında azərbaycanlılara qarşı 1905-ci il kütləvi qırğınları (2013)

Title:Tiflis quberniyasında azərbaycanlılara qarşı 1905-ci il kütləvi qırğınları
Author:Fəxri Valehoğlu (Fəxri Valeh oğlu Hacıyev)
Translator:
Editor:Redaktor: Elxan Poluxov
Language:Türkcə
Series:
Place:Bakı
Publisher:“Turxan” Nəşriyyat-Poliqrafiya Birliyi
Year:2013
Pages:240
ISBN:
File:PDF, 1.88 MB
Download:Click here

Hacıyev F. V. Tiflis quberniyasında azərbaycanlılara qarşı 1905-ci il kütləvi qırğınları. Redaktor: E. Poluxov. Bakı: “Turxan” NPB, 2013, 240 s.

Annotasiya:

1905-1906-cı illərdə Cənubi Qafqazda ermənilərin fitnəsi ilə XX əsrin ilk qanlı erməni-azərbaycanlı münaqişəsi baş verir. Bu zaman Bakı, İrəvan, Naxçıvan, Şuşa, Yelizavetpol (Gəncə), Aleksandropol (Gümrü), Zəngəzur qəzalarında tüğyan etmiş qanlı hadisələr Tiflisdən və Borçalıdan da yan ötmür.

Fəxri Valehoğlunun (Fəxri Hacıyevin) bu monoqrafik tədqiqatında ilkin yazılı mənbələr əsasında 1905-ci ilin noyabr ayında Tiflis quberniyasının Tiflis və Borçalı qəzalarında baş vermiş erməni-azərbaycanlı toqquşmaları ətraflı şəkildə araşdırılmışdır. Ermənilər tərəfindən türk-müsəlmanlara qarşı həyata keçirilmiş qanlı aksiyalar və qətliam faktları Gürcüstan Milli Tarix Arxivində saxlanılan rəsmi sənədlərə və 1905-1906-cı illərdə Tiflisdə nəşr olunan gürcüdilli və rusdilli mətbuat orqanlarına istinadən üzə çıxarılmış, bununla da XX əsrdə Qafqaz arealında ilk kütləvi qətllərin müəlliflərinin ermənilər olduğu bir daha sübut olunmuşdur. Kitabda eyni zamanda Borçalı türklərinin cəsurluğu, ermənilərin amansız hücumuna məruz qalmış Tiflisdəki soydaşlarına silahlı dəstələr göndərərək arxa durmaları və sərgilədikləri digər həmrəylik nümunələri geniş təsvir edilmişdir.