Həsən bəy Rumlu. Əhsənüt-təvarix (2017)

Title:Əhsənüt-təvarix (Tarixlərin ən yaxşısı): Hicri 807-985 / Miladi 1404-1578-ci illərin hadisələri haqqında tarixi salnamə
Author:Həsən bəy Rumlu
Translator:Fars dilindən tərcümə və şərhlər: Oqtay Əbdülkərim oğlu Əfəndiyev, Namiq Seyfulla oğlu Musalı
Editor:
Language:Türkcə
Series:
Place:Kastamonu
Publisher:Uzanlar Kopyalama Merkezi
Year:2017
Pages:661
ISBN:9786050306415
File:PDF, 9.47 MB
Download:Click here

Həsən bəy Rumlu. Əhsənüt-təvarix (Tarixlərin ən yaxşısı): Hicri 807-985 / Miladi 1404-1578-ci illərin hadisələri haqqında tarixi salnamə. Fars dilindən tərcümə və şərhlər: O. Əfəndiyev, N. Musalı. Kastamonu: Uzanlar Kopyalama Merkezi, 2017, 661 s. ISBN 9786050306415

XVI əsrin görkəmli Azərbaycan tarixçisi Həsən bəy Rumlunun farsca yazdığı “Əhsənüt–təvarix” əsərinin son iki cildi zamanımıza qədər gəlib çatmışdır. İstər vətənimizin, istərsə də bir sıra yaxın və uzaq ölkələrin XV-XVI əsrlər tarixini öyrənmək baxımından böyük əhəmiyyət daşıyan bu salnamə ilk dəfədir ki, tam şəkildə Azərbaycan dilinə tərcümə edilir. Əsərin zamanımıza çatmış cildlərinin birincisində hicri 807-899-cu (miladi 1404-1494) illərin, ikincisində isə hicri 900-985-ci (miladi 1494-1578) illərin tarixi hadisələri əksini tapmışdır. Hər iki cildin tərcüməsi eyni kitab daxilində oxuculara təqdim edilir. Tərcümə zamanı mənbənin Baroda və Tehran nəşrləri ilə yanaşı Bakıda, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə edilən iki əlyazma nüsxəsindən də istifadə olunmuşdur.