Hüseyn Əlizadə (Barış Mərəndli). “21 Azər” soyqırımı (2017)

Title:“21 Azər” soyqırımı: 1946-1947-ci illərdə Cənubi Azərbaycanda kütləvi qırğınlar
Author:Hüseyn Əlizadə (Barış Mərəndli)
Translator:Fars dilindən tərcümə edən: Saleh Dostəliyev
Editor:Səməd Bayramzadə, Əkrəm Rəhimli (Bije)
Language:Azerbaijani Turkic
Series:
Place:Bakı
Publisher:“Elm və təhsil” Nəşriyyat-Poliqrafiya Müəssisəsi
Year:2017
Pages:376
ISBN:9789952831283
File:PDF, 22.1 MB
Download:Click here

Hüseyn Əlizadə (Barış Mərəndli). “21 Azər” soyqırımı: 1946-1947-ci illərdə Cənubi Azərbaycanda kütləvi qırğınlar. Redaktorlar: S. Bayramzadə, Ə. Rəhimli (Bije). Bakı: “Elm və təhsil” NPM, 2017, 376 s. ISBN 9789952831283

Annotasiya: Kitab Pəhləvi şah rejimi dövründə İranda öz milli və mədəni hüquqlarını qorumaq uğrunda mübarizəyə qalxmış və Azərbaycan Demokrat Firqəsinin rəhbərliyi ilə 12 dekabr (şəmsi təqvimi ilə “21 Azər” günü) 1945-ci il tarixində Milli Hökümət qurmuş xalqımıza və onun vətənpərvər övladlarına qarşı 1946-1947-ci illərdə rejim tərəfindən soyuqqanlıqla və qəddarlıqla törədilən kütləvi qırğınlar, qətl və qarətlərin tarixi təhlilinə həsr edilib. Bu günə qədər az məlum olan, elmi ədəbiyyatda kifayət qədər işıqlandırılmayan, sözün əsl mənasında soyqırımı mahiyyəti daşıyan bu olaylar haqqında məlumat toplamaq məqsədi ilə müəllif hadisə iştirakçıları və şahidlərinin xatirələrindən, uzun bir dövr ərzində çap edilmiş müxtəlif və çoxlu sayda mətbuat orqanları səhifələrindəki materiallardan, həmin hadisələri əks etdirən gizli hərbi və polis raportlarından, 1941-1946-cı illərdə Cənubi Azərbaycanda milli-demokratik hərəkata həsr edilmiş elmi tədqiqat əsərlərindən istifadə etmişdir.