Lori vilayətinin icmal dəftəri (2004)

Title:Lori vilayətinin icmal dəftəri
Author:
Translator:Ön söz, mətnin tərtibi, tərcümə və qeydlərin müəllifi: Şahin Məcid oğlu Mustafayev
Editor:Elmi redaktor: Hüsaməddin Məmmədov (Qaramanlı)
Language:Türkcə
Series:
Place:Bakı
Publisher:“Nurlan” Nəşriyyat-Poliqrafiya Mərkəzi
Year:2004
Pages:87
ISBN:9952420004
File:PDF, 26.3 MB
Download:Click here

Lori vilayətinin icmal dəftəri. Ön söz, mətnin tərtibi, tərcümə və qeydlərin müəllifi: Ş. Mustafayev; Elmi redaktor: H. Məmmədov. Bakı: “Nurlan” NPM, 2004, 87 s. ISBN 9952420004

XVI yüzilliyin sonlarında Osmanlı-Səfəvi müharibəsi nəticəsində Güney Qafqaz, o cümlədən Azərbaycan ərazilərinin böyük hissəsi Osmanlı imperiyasının tərkibinə daxil edilmişdir. Osmanlı məmurları yeni fəth olunmuş torpaqlar üzərində inzibati-ərazi bölgüsü (Lələ Mustafa paşa yeni tutulmuş bütün torpaqlarda inzibati-ərazi bölgüsü aparıb onları dörd bəylərbəyiliyə böldü: Şirvan, Tiflis, Gürcüstan və Suxum əyalətləri. Sonralar fəth olunmuş ərazilər genişləndikcə əyalətlərin sayı da artmışdır), təhrir və qeydiyyat işləri aparmış, onların nəticələrini tərtib etdikləri müfəssəl icmal dəftərlərində əks etdirmişdilər. Günümüzə qədər gəlib çatmış bu sənədlərdən biri 1590-cı il Lori vilayətinin icmal dəftəridir. Əlyazması İstanbul Başbakanlık Osmanlı Arxivində 769-cu nömrə ilə saxlanan bu dəftər Güney Qafqaz, o cümlədən Azərbaycanın orta çağ tarixinə dair dəyərli və dəqiq qaynaqdır.