Məsihi. Vərqa və Gülşa (2005)

Title:Vərqa və Gülşa
Author:Məsihi
Translator:
Editor:Tərtib edəni, ön sözün və şərhlərin müəllifi: Əl[i]yar Qurbanəli oğlu Səfərli; Redaktor: Xəlil Həmid oğlu Yusifli
Language:Türkcə
Series:
Place:Bakı
Publisher:“Şərq-Qərb” Nəşriyyat evi
Year:2005
Pages:336
ISBN:9952418350
File:PDF, 0.61 MB
Download:Click here

Məsihi. Vərqa və Gülşa. Tərtib edəni, ön sözün və şərhlərin müəllifi: Ə. Səfərli; Redaktor: X. Yusifli. Bakı: “Şərq-Qərb” Nəşriyyat evi, 2005, 336 s. ISBN 9952418350

Annotasiya:

Eşq və gözəllik nəğməkarı Məsihinin bədii irsi yüz min beytdən artıqdır. Onun yaradıcılığı Azərbaycan yazılı və şifahi ədəbiyyatı ənənələri əsasında kamala çatmışdır. Nəvaini özünün ustadı sayan şair öz ulu sələfi Füzuli kimi qəzələ üstünlük verərək, şairanə duyğu və düşüncələrini bu kiçik formada əks etdirməyi məqsədəuyğun saymışdır.

Bununla yanaşı Məsihi ədəbiyyatımız tarixində daha çox “Vərqa və Gülşa” poemasının müəllifi kimi tanınır. Bu əsər ideya-bədii gözəlliklərinə görə XVII əsr milli ədəbiyyatımız tarixində yeni ədəbi hadisə idi.

“Vərqa və Gülşa” aşiqanə qəhrəmanlıq mövzusunda yazılmışdır. İki aşiqin saf, nəcib eşqinin tərənnümü poemanın başlıca ideya istiqamətini təşkil edir. Əsərdə əsas xətdən başqa əlavə xətlər, qol-budaqlı hadisələr poemanı rəngarəng epizodlarla zənginləşdirir, onun bədii-poetik gücünü artırır.