Mirzə Məhəmməd Mehdi Kövkəbi Astarabadi

“Tarixi-Nadiri”

Mirzə Mehdi xan Astarabadi tərəfindən yazılmış çox məşhur olan rəsmi tarixdir. Nadirin mükəmməl məlumata malik olan müasirlərinin qələmə aldığı hadisələr və onun bütün həyatını əhatə edən yeganə ətraflı əsərdir. Əhatə edən yeganə ətraflı əsərdir. Əsərdə çoxsaylı səfərlərin və digər vacib hadisələrin ətraflı təsviri var; əsərdə müəyyən istisnalarla digər mənbələrdə də təsdiq olunan həddən artıq çox təfərrüatlar var. Buna görə də həmin əsərin Nadirin həyat və fəaliyyətinin tədqiq edilib öyrənilməsi zamanı əsaslanmaq lazım gələn ən düzgün mənbə olduğunu ..qeyd etsək, heç də şişirtməyə yol vermərik. Buna baxmayaraq, kitab qüsurlardan da xali deyil. Rəsmi tarixçi kimi, Mirzə Mehdi həqiqətən baş verən hadisələri olduğu kimi düzgün yox, ağasının təqdim olunmasını istədiyi kimi yazırdı; o, tənqidçi yox, mədhiyyəçi idi, buna görə də təsadüfi deyil ki, əsərdə bir çox şişirdilmiş iddialar və həqiqətin təhrifi var; bundan başqa, bəzi vacib hadisələrin üzərindən tamam keçilib. Şübhəsiz ki, bu əsərin yazıldığı şərait səbəbindən orada Nadirin xarakteri haqqında kifayət qədar məlumat verilmir, həm də esər. Nadirin dini baxışlarının, əslində, necə olduğunu aydrnlaşdırmır. Amma Mirza Mehdi Nadirin donanmasının yaradılması, inkişafı və istismarı barədə, demək olar, heç nə yazmır, bu da, çətin ki, onun ağasından qorxmasının neticəsi olsun; bu maraqlı məsələyə niyə toxunmadığının səbəbi məlum deyil. Nəhayət, onun Nadirin bir sıra səfərləriylə bağlı məlumatları qeyri-müəyyənliklərlə, müəyyən hallarda açıq-aşkar coğrafi yanlışlıqlarla təhrif edilib ki, bu da həmin səfərlərin (məsələn, 1732-ci ilin dekabrında Nadirin Kirmanşahdan Duz Hürmətliyə və oradan Bağdad tərəfə marşrutunun təsviri) tədqiqini olduqca çətinləşdirir; bu çatışmazlıqların doğurduğu çətinlikləri yer adlarının çoxsaylı səhvləri daha da artırır, Təbriz və Bombey litoqrafik nəşrlərisə bu çatışmazlıqlarla çətinlikləri artırır. Təəssüf ki, «Tarixi-Nadiri»nin səliqəylə redaktə olunmuş və yaxşı çap olunmuş mətni yoxdur. Mirzə Mehdi bu əsəri 1747-ci ildə İstanbuldan qayıdandan sonra bitirib; o, ölkədə olmadığı müddətdə Nadir öldürülmüşdü, buna görə də, nəhayət, qorxu-hürküsüz yaza bilərdi. Əserin son səhifələrində o, Rzaqulunun kor edilməsindən sonra Nadirin xasiyyətində və hərəkətlərində baş verən dəhşətli dəyişiklikləri (həmin vaxtadək bunu xatırlatmamışdı) çox gözəl təsvir edir. Təəssüf ki, o, kitabında düzəlişlər aparmayıb, görünür, tamamilə «Sanqlax»ın tərtibiylə məşğul imiş. Bəzən dəbdəbəli ifadələrdən həddən artıq istifadə etməsinə (xüsusilə hər il keçirilən Novruz bayramını təsvir edəndə), Nadiri və onun ordusunu təsvir edən zaman tez-tez təkrar edilən darıxdırıcı bənzətmələrə baxmayaraq, Mirzə Mehdinin «Tarixi-Nadiri»dəki üslubu xoşagələndir. Müəllifin söz ehtiyatı böyükdür, onun tərəfindən çoxlu monqol və türk-monqol hərbi ifadələrinin istifadə edilməsini qeyd etmək də maraqlıdır, bu da həmin ifadələrin Mirzə Mehdinin zamanında İranda hələ də işlədildiyindən xəbər verir. O eyni zamanda dəfələrlə gürcü dilinə məxsus ifadələr işlədir. Şübhəsiz ki, o, gözəl linqvist idi, türk, fars və ərəb dillərini bilirdi.  «Tarixi-Nadiri» mövzusunu yekunlaşdırmazdan əvvəl qeyd etmək lazımdır ki, əsər ser Vilyam Cones Frenc tərəfindən tərcümə edilib. İlk baxışdan Conesi onun tərcüməsini korlayan çoxsaylı adların təhrifinə, eyni zamanda əksər Məhəmmədi (hicri) tarixlərinin həddən artıq qeyri-dəqiq tərcüməsinə görə ciddi tənqid etmək olar. Amma nəzərə almaq lazımdır ki, «Tarixi-Nadiri»ni Cones məcburiyyət qarşısında tərcümə etmişdi, bunu istəmirdi, üstəlik də o, İranla tanış deyildi. Bütün bunlara görə, həmin vaxt İranın dəqiq xəritəsi çəkilməmişdi ki, ona isnad etsin, kitabların sayı isə çox məhdud idi. Hətta bu gün, indi mövcud olan bütün imkanlarla «Tarixi Nadiri»ni tamamilə səhvsiz tərcümə etmək çətindir, bunun əsas səbəbi bəzi mövcud adların indi müəyyənləşdirilməsinin çətinliyidir. Tarixlərə gəlincə, Conesin dövründə Vüstenfeldin cədvəli kimi hicridən miladiyə keçid cədvəli yox idi. O, 1773-cü ildə fransız dilinə çevirdiyi əsərin ingilis dilində qısaldılmış versiyasını nəşr etdirdi; elə həmin il də T.S.Qadebuş Conesin fransızcaya tərcüməsindən almancaya tərcüməni Qreyfsvaldda nəşr etdirdi, sonralar isə şahzadə David (sonuncu gürcü çarı XII Georginin oğlu) onu gürcü diline çevirdi. Mirzə Mehdinin Nadir şah haqqında ikinci əsəri «Durra-yi-Nadira» müəllifin savadını göstərsə də, eyni zamanda zövqünün pis olduğunu üzə çıxarır. əsər Vəssaf tərəfindən hicri IV əsrdə yaradılmış çox çətin üslubda yazılıb. Mətn mürəkkəb ərəb sözləriylə o qədər yüklənib ki, hətta yüksək savada malik olan farslar da onu çətinliklə başa düşürlər; bunun Nadir kimi savadlı olmayan bir adamı necə maraqlandırmadığı anlaşılmazdır. Əgər Mirzə Mehdinin ifadəsincə desək, o, bu kitabda özünün boşboğazlığı və quruluğu ilə qızğın atın sərbəst yerişinə (tauşan) imkan verir: «Tarixi-Nadiri»də müəllif hər il keçirilən Novruz bayramının təsvirindən başqa, atın. Mərhəmətlə ram edin «Durra-yi-Nadira»də elə bir şey yoxdur ki, “Tarixi-Nadiri”də tapmaq mümkün olmasın,’ amma onu «Tarixi-Nadiri»dəki coğrafi adları və tarixləri yoxlamaq üçün istifadə etmək olar. Həmin əsərin nə vaxtsa Avropa dillərinə tərcümə ediləcəyi tamamilə ağlasığmazdır, bu, əbəs yerə vaxt və qüvvə sərf etmək olardı. Yuxarıda söz açdığımız Rzaqulu Mirzənin nikah müqaviləsinin giriş hissəsi «Durra-yi-Nadira» da var, rəsmi bioqrafiyasında yoxdur. Mirzə Mehdinin. əlyazmalarının müəyyən nümunələri var. Məlumdur ki, o, Nadirin Rzaquluya Kərnaldakı qələbələrini xəbər verən məktubunu qələmə alıb; ola bilsin, Nadirin Fars bəylərbəyi Məhəmmədəli xana məktubunun planı da onun qələminə məxsusdur və heç bir şübhə yoxdur ki, Nadirin Dehlidə Məhəmməd şahı imzalamağa məcbur etdiyi əsas müqaviləni də o tərtib edib. Hicri 1285-ci (miladi 1868-1869-cu illər) Tehranda nəşr olunmuş «Münşaati-Mehdi»də Mirza Mehdinin yazdığı bəzi digər məktublar da var.

Source: lib.az