Mustafa R. Ə. Tiflis əmirliyi (2019)

Title:Tiflis əmirliyi=Emirate of Tbilisi or Emirate of Tiflisi
Author:Rəşad Əziz oğlu Mustafa
Translator:
Editor:Layihənin rəhbəri, elmi redaktor və ön sözün müəllifi: Yaqub Mikayıl oğlu Mahmudov; Azərbaycan Milli Elmlər Akademiyası Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu
Language:Azerbaijani Turkic
Series:
Place:Bakı
Publisher:“Turxan” NPB
Year:2019
Pages:409 [2]
ISBN:
File:PDF, 71.4 MB
Download:Click here

Mustafa R. Ə. Tiflis əmirliyi. Layihənin rəhbəri, elmi redaktor və ön sözün müəllifi: Y. M. Mahmudov; AMEA A. A. Bakıxanov adına Tİ. Bakı: “Turxan” NPB, 2019, 409 [2] s.

Annotasiya

Monoqrafiyada orta əsr mənbələri, xüsusilə ərəbdilli mənbələrdəki materiallara və tarix, arxeologiya, etnoqrafiya, antropologiya, dilçilik elmində mövcud olan fikirlərə əsaslanaraq Tiflis və onun ətrafında (tarixi Borçalı torpaqları) 300 ildən artıq mövcud olmuş Tiflis türk-müsəlman əmirliyinin tarixi tədqiq edilmişdir.

Tədqiqatda əmirlik qurulmazdan əvvəl adıçəkilən bölgədəki siyasi, etnik və mədəni vəziyyət, Xilafətin bölgədəki fəthləri, əmirliyin siyasi hüdudları, tarixi, mədəni mənsubiyyət məsələləri, əmirlik işğal edildikdən sonra bölgədə baş vermiş demoqrafik dəyişikliklər haqqında məlumat verilir.

Monoqrafiya tarixçilər, şərqşünaslıq, Azərbaycan tarixinin orta əsrlər dövrü, Xilafət dövrü, tarixi Azərbaycan dövlətləri, tarixi Azərbaycanın Borçalı bölgəsinin tarixi ilə maraqlanan elmi işçilər, tələbələr, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.