Naxçıvan sancağının müfəssəl dəftəri (2001)

Title:Naxçıvan sancağının müfəssəl dəftəri: 9 məhərrəm 1140 (27 avqust 1727). İkinci nəşr
Author:
Translator:Ziya Musa oğlu Bünyadov, Hüsaməddin Məmmədov (Qaramanlı)
Editor:Araşdırma, qeyd və şərhlərin müəllifi: Hüsaməddin Məmmədov (Qaramanlı); Elmi redaktor: Şahin Məcid oğlu Mustafayev
Language:Azerbaijani Turkic
Series:
Place:Bakı
Publisher:“Elm” RNPM
Year:2001
Pages:376
ISBN:5806613178
File:PDF, 1.38 MB
Download:Click here

Naxçıvan sancağının müfəssəl dəftəri: 9 məhərrəm 1140 (27 avqust 1727). İkinci nəşr. Tərcümə edənlər: Z. M. Bünyadov, H. Məmmədov (Qaramanlı); Araşdırma, qeyd və şərhlərin müəllifi: H. Məmmədov (Qaramanlı); Elmi redaktor: Ş. M. Mustafayev. Bakı: “Elm” RNPM, 2001, 376 s. ISBN 5806613178

Min illər boyu Azərbaycan dövlətlərinin tərkib hissəsi olmuş Naxçıvan diyarı XVI əsrin sonunda (1588-1603-cü illər) və XVIII əsrin əvvəllərində (1724-1735-ci illər) Osmanlı imperiyasının tərkibinə keçmiş və burada osmanlı idarə sistemi tətbiq edilmişdir. Bu dövr Naxçıvan diyarının siyasi, sosial və iqtisadi tarixi ilə bağlı geniş məlumatlar osmanlı mənbələrində öz əksini tapmışdır. Naxçıvan diyarının tarixi ilə bağlı qiymətli mənbələrdən biri də yuxarıda qeyd etdiyimiz kimi, icmal dəftərləridir. Вu dəftərlər bir qayda olaraq müfəssəl dəftərIərdən sonra və onun əsasında tərtib olunurdu. Müfəssəl dəftərIərin tərtibində əyalətin və ya sancağın gəlir obyektlərinin və mənbələri ilə vergi mükəlləfiyyəti daşıyanların müəyyənləşdirilməsi məqsədi güdülürdü. İcmal dəftərIərdə isə həmin gəlirlərin nесə bölüşdüriilməsi əks olunurdu. Əyalətın və ya sancağın gəlir mənbələri müəyyənləşdırildikdə, həmin əyalətin bəybərbəyisi bu mənbələrdən əldə olunan gəlirin kimlərə və hansı xidmətlərinə görə verilməsi barədə sultanın adına göndərdiyi təqdimata (“təzkurə”) əsasən, təqdim olunan şəxs üçün sultandan “berat” alınırdı. Bu üsulla həmin ərazi-inzibati vahidinin gəlirlərinin sahibləri müəyyənləşdirilir və müfəssəl dəftər üzərində iş başa çatdırıldıqdan soma hazırlanan lcmal dəftərə gəlir mənbəyi göstərilməklə, gəlir sahiblərinin adları qeyd edilirdi. Gəlir mənbələri əsasən əkilən torpaq sahələrini əhatə edirdi. Gəlirin həcmindən asılı olaraq isə əkilən torpaq sahələri də daxil olmaqla, gəlir mənbəyinin forması da müəyyənləşdirilirdi. Əkilən torpaq sahələrinin başqa gəlir mənbəyinə digər gəlir gətirən obyektlər də daxil edilirdi, lakin ümumi gəlirdə onların nisbəti aşağı olurdu.

İçindəkilər

Ön söz … 5
1. XVI-XVIII əsrlər Naxçıvan diyarının tarixinə dair Osmanlı mənbələri … 5
2. Osmanlı dövründə Naxçıvan sancağının ərazisi və inzibati bölgüsü … 7
3. Osnıanlı dövründə Naxçıvan sancağının əhalisi … 8
4. Osmanlı dövründə Naxçıvan sancağının şəhərləri … 9
5. Osmanlı dövründə Naxçıvan sancağının kənd təsərrüfatı … 10
6. Qeydlər … 12
7. Terminoloji açıqlama … 13

(Mətn)

(“Dəftər”in) İçindəkilər … 15
Naxçıvan şəhəri … 23
Naxçıvan nahiyəsi … 23
Əlincə nahiyəsi … 37
Sair Məvazi nahiyəsi … 56
Dərəşahbuz nahiyəsi … 65
Mülki-Arslan nahiyəsi … 73
Məvaziyi-Xatun nahiyəsi … 80
Qarabağ nahiyəsi … 83
Qışlağat nahiyəsi … 90
Dərəşam nahiyəsi … 105
Azadciran nahiyəsi … 107
Şorlut nahiyəsi … 137
Dərənürgüt nahiyəsi … 141
Sisyan nahiyəsi … 143
Dərələyəz nahiyəsi … 164

Əlavələr

1. 1728-ci il tarixli “İrəvan əyalətinin müfəssəl dəftəri”ndən seçmələr … 208
a. Sədərək nahiyəsi … 208
b. Şərur nahiyəsi … 209
Summary … 213