Osmanlı V. M. Qədim türk ədəbiyyatı: VI-X əsrlər (2008)

Title:Qədim türk ədəbiyyatı (VI-X əsrlər)
Author:Vəli Musa oğlu Osmanlı
Translator:
Editor:Elmi redaktor: Nizami Qulu oğlu Cəfərov; AMEA Nizami adına Ədəbiyyat İnstitutu
Language:Türkcə
Series:
Place:Bakı
Publisher:“Sabah” nəşriyyatı
Year:2008
Pages:244
ISBN:5861061114
File:PDF, 13.9 MB
Download:Click here

Osmanlı V. M. Qədim türk ədəbiyyatı (VI-X əsrlər). Elmi redaktor: N. Q. Cəfərov. Bakı: “Sabah” nəşriyyatı, 2008, 244 s. ISBN 5861061114

Annotasiya:

Kitab Azərbaycan və bütünlükdə türk xalqları ədəbiyyatı tarixçiliyində yeni bir mərhələyə – başlanğıc mərhələsinə həsr olunub.

Hələ iyirminci əsrin əvvəllərində ədəbiyatımızın tarixini Orxon-Oğuz abidələrindən başlamaq fikri irəli sürülmüşdür.

Həmin fikrin davamı olaraq həm Orxon, həm Yenisey abidələri sırasında ədəbi məzmun daşıyan bədii nümunələr aşkar edilib, hərəsi ayrıca ədəbi janr səviyyəsində işlənib ortaya çıxarılır. Eyni zamanda şerimizin
qədim yazılı nümunələri müəyyənləşdirilir.

Bütün bunlarla ədəbiyyat tariximizin VI-X əsrləri əhatə edən beş yüz illik qədim dövrü aşkarlanmış olur.

Mündəricat:

Birinci fəsil.
Türk – Azərbaycan ədəbiyyatının tarixi haradan başlanır? (Məsələnin qoyuluşu)
Qədim Türk – Azərbaycan ədəbiyyatı barədə mövcud ədəbi-elmi fikir … 3

İkinci fəsil.
Ortaq Türk ədəbiyyatının ilk yazılı nümunələri. Yenisey məzar daş yazıları. Epitafiyalar … 26

Üçüncü fəsil.
Orxon ədəbiyyatı … 52

Dördüncü fəsil.
Qədim Türk şeiri … 77

Beşinci fəsil.
Qədim Türk ədəbiyyatının poetikası … 120

Altıncı fəsil.
VI-X əsrlər Türk xalqlarının tarixində ədəbi epoxa kimi … 145

Kitabda bəhs etdiyimiz qədim Türk ədəbi abidələrinin mətnləri … 154

İstifadə olunmuş ədəbiyyat … 238