Qafqazlı G. Ə. Osmanlı hakimiyyəti dövründə Marağa və Soyuqbulaq bölgələri (XVIII əsrin 20-ci illəri) (2021)

Title:Osmanlı hakimiyyəti dövründə Marağa və Soyuqbulaq bölgələri (XVIII əsrin 20-ci illəri)
Author:Gülər Ələkbər qızı Qafqazlı
Translator:
Editor:Elmi redaktor: Ş. M. Mustafayev; AMEA Akademik Z. M. Bünyadov adına Şərqşünaslıq İnstitutu
Language:Türkcə
Series:
Place:Bakı
Publisher:[Elm]
Year:2021
Pages:178, [2]
ISBN:9789952514786
File:PDF, MB
Download:Click here

Qafqazlı G. Ə. Osmanlı hakimiyyəti dövründə Marağa və Soyuqbulaq bölgələri (XVIII əsrin 20-ci illəri). Bakı: [Elm], 2021, 180 s. ISBN 9789952514786

Monoqrafiyada Osmanlı arxiv sənədləri cəlb edilməklə, XVIII əsrin 20-ci illərində Osmanlı hakimiyyəti dövründə Azərbaycanın tarixi əraziləri olan Marağa və Soyuqbulaq bölgələrinin sosial-iqtisadi vəziyyəti, o cümlədən şəhər həyatı və kənd təsərrüfatının inkişaf səviyyəsi, əhalinin dini və etnik tərkibi, demoqrafik durumu, qismən də bölgənin toponimikası və onomastikası ilk dəfə olaraq kompleks şəkildə tədqiq edilib.

Mövzunun tədqiqi Azərbaycan xalqının dövlətçilik tarixinin yeni mənbələr və faktlar əsasında öyrənilməsi, Osmanlı hakimiyyəti dövründə Azərbaycanın adları çəkilən tarixi ərazilərində gedən ictimai-siyasi və iqtisadi proseslər barədə yeni məlumatların üzə çıxarılması, XVIII yüzillikdə Azərbaycan ərazilərində etnik-dini məsələlərin araşdırılması və təhlili, Marağa və Soyuqbulaq bölgələrinin inzibati-ərazi bölgüsünün müəyyənləşdirilməsi, kənd təsərrüfatı, sənətkarlıq və ticarətə dair tutarlı məlumatların əldə edilməsi baxımından olduqca önəmlidir.

Tədqiqat Türkiyə Cümhuriyyəti  Başbakanlıq Osmanlı Arxivində saxlanılan və hələlik bu bölgələrlə bağlı ən mötəbər mənbələrdən biri hesab edilən “Dəftər-i müfəssəl-i liva-i Marağa” adlı arxiv sənədləri əsasında aparılıb. Eyni zamanda orta əsr Azərbaycan tarixi ilə bağlı narrativ və sənədli mənbələrin, tarixi əsərlərin araşdırılmasına da xüsusi yer verilib. Bu məqsədlə Səfəvi, Rusiya, Avropa qaynaqlarına, o cümlədən özündə çoxlu sayda zəngin tarixi məlumatları əks etdirən ərəb və farsdilli mənbələrə müraciət olunub.

Monoqrafiya giriş, 3 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir. Girişdə problemin aktuallığı və elmi əhəmiyyəti əsaslandırılır, tədqiqatın məqsəd və vəzifələri, mənbələri, elmi yeniliyi və praktiki əhəmiyyəti göstərilir.

“XVIII əsrin 20-ci illərində Azərbaycan ərazilərinin Osmanlı imperiyasının tərkibinə keçməsi” adlı birinci fəsildə Azərbaycanda ictimai-siyasi vəziyyət, Səfəvilər dövlətinin süqutu, Azərbaycanın şimal bölgələrinin Rusiya imperiyası tərəfindən işğalı, eləcə də digər torpaqların Osmanlı imperiyasına keçməsi tədqiq olunur.

“Azərbaycanda Osmanlı idarə sisteminin tətbiqi və onun xüsusiyyətləri” başlıqlı ikinci fəsildə Osmanlı inzibati bölgüsünün əsas xüsusiyyətləri, şəhər strukturu və həyatı, sənətkarlıq və ticarətin vəziyyəti, alınan vergilər nəzərdən keçirilir, Marağa və Soyuqbulaq tarixinin qısa şərhi verilir.

Torpaq münasibətləri, kənd təsərrüfatından və digər sahələrdə toplanan vergilər barədə üçüncü fəsildə ətraflı bəhs edilir.