Rəhmanzadə Ş. F. Azərbaycan-Gürcüstan münasibətlərində ərazi məsələləri (2008)

Title:Azərbaycan-Gürcüstan münasibətlərində ərazi məsələləri: Azərbaycanın şimal-qərb bölgəsinin materialları əsasında, 1917-1930-cu illərin əvvəlləri
Author:Şamil Fazil oğlu Rəhmanzadə
Translator:
Editor:Elmi redaktor: İ. S. Bağırova
Language:Türkcə
Series:
Place:Bakı
Publisher:“Aspoliqraf” Nəşriyyat-Poliqrafiya MMC
Year:2008
Pages:375 [1]
ISBN:
File:PDF, 6.26 MB
Download:Click here

Rəhmanzadə Ş. F. Azərbaycan-Gürcüstan münasibətlərində ərazi məsələləri: Azərbaycanın şimal-qərb bölgəsinin materialları əsasında, 1917-1930-cu illərin əvvəlləri. Elmi redaktor: İ. S. Bağırova. Bakı: “Aspoliqraf” NP MMC, 2008, 376 s.

Annotasiya:

Təqdim olunan monoqrafiya tarixşünaslığımızın nisbətən az öyrənilmiş mövzularından oları Azərbaycanın tarixi ərazilərinə, ən başlıcası isə şimal-qərb bölgəsinə – tarixi Car-Balakən camaatlıqları və İlisu sullanlığının bir hissəsini əhatə edən Zaqatala mahalına gürcü iddialarının tədqiqinə həsr edilmişdir. Əsərdə sözügedən iddialar 1918-1920-ci illərin kifayət qədər mürəkkəb Azərbaycan-Gürcüstan münasibətləri fonunda təhliledilmişdir. Zəngin arxiv materiallarına, dövri mətbuata və tarixi ədəbiyyata istinad edən tədqiqat işi Zaqatala mahalının tarixən Azərbaycanın coğrafi, siyasi və sosiol mədəni mühitinin ayrılmaz üzvi hissəsi olması həqiqətini bir daha təsdiqləyir və Gürcüstanın bəzi siyasi və elmi dairələrinin Vətənimizin bu tarixi vilayətinə qarşı irəli sürdükləri iddialarının tutarsızlığını bariz şəkildə üzə çıxarır. Əsərdə, həmçinin Zaqatala kənd icmalarının «Çiaur meşə məntəqəsi» adlanan ərazidə və Şirək çölündə – Alazanyanı vadidə olan 23 min hektardan (= 230 km²) artıq torpaq sahələrinin Gürcüstan tərəfindən mənimsənilməsi prosesi də araşdırılmışdır. Bu zaman sözügedən ərazinin, habelə Qarayazıda, David-Qareci monastırı rayonunda, Eldar düzündə 1920-ci illərdə geniş torpaq massivlərinin Gürcüstana verilməsində Cənubi Qafqaz federal orqanlarının (Zaqfederasiyanın) məsələyə ədalətsiz münasibətinin həlledici rolu zəngin faktlar əsasında açılıb göstərilmişdir.