Rəşidəddin Fəzlullah: Azərbaycanın dairələrinə daxil olan Dovin şəhəri

Rəşidəddin Fəzlullah Həmədani (d. 1247 – ö. 1318) 1301-1311-ci illərdə çox sayda tarixçi ilə birlikdə (həm müəlliflərdən biri həm də baş redaktor kimi) qələmə aldığı Cami ət-təvarix əsərində yazıb:

Hicri 557-ci [miladi 1161/1162-ci] ilin şaban ayında Gürcüstandan min nəfər adam Azərbaycanın dairələrinə daxil olan Dovin şəhərinə gəldi; onlar on mindən çox adamı öldürdülər, özləri ilə çoxlu əsirlər apardılar və şəhərin cümə məscidini yandırdılar.[q.1]

Qeydlər:

Sitatı farsca əslindən ruscaya edilmiş tərcüməsindən[1] Azərbaycan türkcəsinə çevirdik; Sitatda “Azərbaycanın dairələrinə daxil olan” kimi etdiyimiz tərcüməni “Azərbaycan dairələrindən biri olan” kimi də tərcümə etmək olar; Qədim Dvin/Dovin/Duvin/Dəbil şəhərinin xarabalıqları hazırki İrəvan şəhərinin təqribən 35 kilometr cənubunda yerləşir; Rusca tərcümədə “hicri 557-ci ilin şaban ayı” qarşısında “miladi 1161/1162-ci il” yazılıb fəqət bu düz deyil, belə ki, hicri təqvimlə qeyd edilən tarix miladi təqvimlə 1162-ci ilin 16 iyul -15 avqust aralığına uyğun gəlir.

İstinadlar:

[1] Рашид-ад-дин 1952, с. 83: «В [месяце] шабане 557 г. х. [1161-1162 гг. н.э.] из Гурджистана [Грузии] в город Довин, принадлежащий к округам Азербайджана, явилась тысяча человек; они перебили свыше десяти тысяч человек, увели [с собою] много пленных и сожгли соборную мечеть города.»

Ədəbiyyat:

Рашид-ад-дин. Сборник летописей. Том I. Книга 2-я. Перевод с персидского О. И. Смирновой, примечания Б. И. Панкратова и О. И. Смирновой, редакция А. А. Семенова; Институт востоковедения АН СССР. Москва-Ленинград: Издательство АН СССР, 1952, 315 с.