Rüstəmova-Tohidi S. Ə. 1918. Azərbaycan qırğınları şəkil və sənədlərdə (2013)

Rüstəmova-Tohidi S. Ə. 1918. Azərbaycan qırğınları şəkil və sənədlərdə (2013)
Title:1918. Azərbaycan qırğınları şəkil və sənədlərdə [kitab-albom]=Photomaterials and documents of Pogroms In Azerbaijan [book-album]
Author:Solmaz Əli qızı Rüstəmova-Tohidi
Translator:
Editor:
Language:Azerbaijani Turkic
Series:Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri
Place:Bakı
Publisher:[ALF qroup DESİGN]
Year:2013
Pages:166 [2]
ISBN:9789952483260
File:PDF, 26.7 MB
Download:Click here
Bu kitab-albom I Dünya müharibəsi başlanandan bütün Cənubi Qafqaz ərazisində müsəlman əhalisinə və onun mülkiyyətinə qarşı həyata keçirilmiş zorakılıq, qırğın və soyğunçuluq faktlarının araşdırılması məqsədilə 1918-ci il 15 iyul tarixində Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindan yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının (FTK) sənədlər silsiləsinə daxildir. Bu topluya 1918-ci il mart-iyul aylarında azğınlaşmış erməni-bolşevik silahlı dəstələri tərəfindən Bakı, Şamaxı şəhərləri va Şamaxı, Göyçay, Cavad qəzalarının kəndlərində törədilmiş talanların faciəli nəticələri — on minlərlə dinc azərbaycanlı əhalinin qətlə yetirilməsi, azərbaycanlılara məxsus memarlıq abidələri, məscidlər, yaşayış məhəllələri, kəndlər, sənaye müəssisələri, məktəblər, xəstəxanalar və s. mülki, sosial və ticarət obyektlərinin məhv edilməsini əks etdirən sənədlər və nadir fotoşəkillər daxil olmuşdur. FTK tərəfindən hazırlanmış və toplanmış bu sənədlərin bir hissəsi və 100-dən artıq fotoşəkil 1919-cu ildə Fransaya – Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinə göndərilmiş və orada bir çox xarici ölkələrin başçılarına təqdim edilmişdir. Respublikanın özündə bu şəkillər qalmamışdır və 90 ildən artıq bir müddətdə itmiş hesab edilirdi. 2011-ci ildə tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi tərəfindən xarici ölkələrin arxivlərində aşkar edilmiş 103 şəkil FTK-nın bilavasitə həmin şəkillərə aid sənədləri ilə birlikdə 2012-ci ildə AR Milli Təhlükəsizlik Nazirliyinin dəstəyi ilə 3 dildə – rus, ingilis, türk — nəşr edilərək geniş ictimaiyyətə təqdim olunmuşdur. Hazırki kitab-albom tərtibçi tərəfindən yeni tapılmış foto-şəkillər va sənədlər əlavə edilməklə Heydər Əliyev Mərkəzinin dəstəyi ilə yenidən nəşr olunur.

1918. Azerbaycanlılara karşı yapılan katliamlar: fotoğraf ve belgelerle (2013)
Bu kitap-albüm, 1. Dünya Savaşı’nın başlamasından sonra Güney Kafkasya’nın müslüman halkına ve onların mallarına karşı uygulanan zorbalık, katliam ve yağma olaylarının araştırılması için 1918 yılı Temmuz ayında Azerbaycan Halk Cumhuriyyeti Hükümeti tarafından kurulmuş olan Olağanüstü Tahkikat Komisyonu (OTK) belgeleri serisi içerisindedir. Kitaba 1918 yılının Mart ve Temmuz aylarında Bakü ve Şamahı şehirleri ile Şamahı, Cevad ve Göyçay’ın köylerinde Ermeni-Boşevik silahlı küvvetleri tarafından öldürülen on binlerle silahsız Azerbaycanlının, aynı zamanda tahrip edilen müslümanlara ait mimarlık abidelerin, camilerin, özel ve ticari binaların, okulların, hastanelerin, mahallelerin ve köylerin trajik sonlarını tesbit eden, OTK tarafından çekilen ve toplanan nadir fotoğraflar dahil edilmiştir. OTK’nın yaklaşık yüz fotoğrafı Azerbaycan heyeti ile Fransa’ya, Paris Barış Konferansı’na ve bir çok yabancı ülke başkanlarına sunuldu. Bu fotoğraflar Azerbaycan’da muhafaza edilemediği için 90 yılı aşkın bir süre kayıp kabul edilmişti. Bu fotoğraflardan 103 adedi, bu kitap-albümü tertip eden tarihçi Profesör Solmaz Rüstemova-Tohidi tarafından yabancı ülke arşivlerinde bulunmuş ve burada takdim edilmiştir. Yayında ayrıca, fotoğraflarla doğrudan ilgisi olan OTK belgeleri de yer almaktadır.