Seyid Əzim Şirvani. Seçilmiş əsərləri. Üç cilddə. III cild (2005)

Title:Seçilmiş əsərləri. Üç cilddə. III cild
Author:Seyid Əzim Şirvani
Translator:
Editor:Tərtib edən: Süleyman Rüstəmov; Redaktorlar: Qara Namazov, Sənan İbrahimov; Ön sözün müəllifi: Xeyrulla Məmmədov
Language:Türkcə
Series:
Place:Bakı
Publisher:“Avrasiya Press”
Year:2005
Pages:288
ISBN:9952421018
File:PDF, 0.52 MB
Download:Click here

Seyid Əzim Şirvani. Seçilmiş əsərləri. Üç cilddə. III cild. Tərtib edən: S. Rüstəmov; Redaktorlar: Q. Namazov, S. İbrahimov. Bakı: “Avrasiya Press”, 2005, 288 s. ISBN 9952421018

Annotasiya: Klassik Azərbaycan ədəbiyyatının böyük nümayəndəsi Seyid Əzim Şirvani bir müddət Şamaxıda açılmış məktəbdə müəllim olmuşdur. Böyük mütəfəkkirin müəllimlik fəaliyyəti onu yeni səpkidə əsərlər yazmağa sövq etmişdir. Seyid Əzimədək Azərbaycanda açılmış məktəblərdə fars şairi Sədi Şirazinin “Gülüstan” kitabını dərslik kimi keçirdilər. Təəssübkeş şairimiz təhsilimizi milliləşdirmək məqsədilə həmin kitabın müqabilində orta məktəb şagirdləri üçün “Rəbüül-ətfal” (“Uşaqların fəsli”) adlı kitabını yazıb, orta məktəblərə dərslik kimi təqdim etmişdir. Şairin bu cildinə məhz həmin kitabı daxil edilmişdir. Bu kitab milli mövzular əsasında yazılmış son dərəcə yüksək tərbiyəvi əhəmiyyətə malik bir dərs vəsaitidir. Kitab həm də Azərbaycan pedaqogika, dərslikyazma tarixi üçün mühüm əhəmiyyət kəsb edir.