Əli Bəy Hüseynzadə. Siyasəti-fürusət (1994)

Title:Siyasəti-fürusət
Author:Əli Bəy Hüseynzadə
Translator:
Editor:Tərtib edəni, müqəddimə və şərhlərin müəllifi: Ofelya Bayramova; Elmi redaktor: Əziz Mirfeyzulla oğlu Mirəhmədov
Language:Türkcə
Series:
Place:Bakı
Publisher:“Elm” nəşriyyatı
Year:1994
Pages:236
ISBN:5806606287
File:PDF, 7.78 MB
Download:Click here

Əli Bəy Hüseynzadə. Siyasəti-fürusət. Tərtib edəni, müqəddimə və şərhlərin müəllifi: O. Bayramova; Elmi redaktor: Ə. Mirəhmədov. Bakı: “Elm” nəşriyyatı, 1994, 236 s. ISBN 5806606287

Annotasiya:

Azərbaycan elmi, ictimai-fikri tarixində “türk dünyasının mücahidi” kimi tanınan görkəmli publisist, naşir, tərcüməçi, filosof Əlibəy Hüseynzadənin “Siyasəti-fürusət” əsəri 1908-1910-cu illərdə İrşad, Tərəqqi, Həqiqət qəzetlərində hissə-hissə dərc edilsə də kitab şəklində ilk dəfə çap olunur.

Əsərin azadlığın tərənnümunə həsr olunan I hissəsində çarizmin müstəmləkə əsarətinə qarşı İranda (1905-1911) baş verən Səttərxan hərəkatının təsviri fonunda müsəlman və türk xalqlarının yadelli əsarətə qarşı apardığı azadlıq hərəkatının … çoxəsrlik mübarizə yollarına nəzər salınmışdır. Bu məqsədlə əsərdə Teymurləng, Xətai, Nadir haqqında verdiyi oçerklərdə həmin türk fatehlərinin mərkəzləşdirilmiş dövlət siyasətləri, milli və dini birlik məramları şərh olunmuşdur. Əsərin “Qacarlar” adlanan II hissəsində isə müəllif Şərq istibdadı ilə çarizm istibadadını məharətlə ifşa etmişdir.

Kitabda Ə. Hüseynzadənin “Siyasəti-fürusət” əsərinə tərtibçi tərəfindən müqəddimə və geniş şərh verilmişdir.