Soltanov A. K, Soltanov M. C. Tatca-Azərbaycanca Azərbaycanca-Tatca lüğət (2013)

Title:Tatca-Azərbaycanca Azərbaycanca-Tatca lüğət: Ərüsküş-Dağ Quşçu ləhcəsi. Təkmilləşdirilmiş ikinci nəşr
Author:Ağacamal Kamil oğlu Soltanov, Məmmədxan Cəmil oğlu Soltanov
Translator:
Editor:Elmi redaktor: Qəzənfər Şirin oğlu Kazımov
Language:Caucasian Tat, Türkcə
Series:
Place:Bakı
Publisher:Qanun nəşriyyatı
Year:2013
Pages:260
ISBN:
File:PDF, 3.21 MB
Download:Click here

Soltanov A. K, Soltanov M. C. Tatca-Azərbaycanca Azərbaycanca-Tatca lüğət: Ərüsküş-Dağ Quşçu ləhcəsi. Təkmilləşdirilmiş 2-ci nəşr. Elmi redaktor: Q. Ş. Kazımov. Bakı: Qanun nəşriyyatı, 2013, 260 s.

Tərtibçilərdən

Poltetnik dövlət olan Azərbaycan bu ölkənin əsas əhalisi olan Azərbaycan türkləri ilə yanaşı bir çox etnik xalqların da doğma vətənidir. Bu etnoslardan biri də tatlardır. Aborigen xalq olan tatlar əsasən Abşeronda və ölkənin şimal, şimal-şərq ərazilərində məskunlaşmışlar. Tatlar tarix boyu bu ərazidə yaşayan Azərbaycan türkləri və digər xalqlarla qaynayıb-qarışaraq böyük Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, elm və incəsənətinin müştərək yaradıcısı olmuşlar. Son dövrlərdə Azərbaycan filologiya elminin bir sahəsi olan azsaylı xalqların dillərinin, o cümlədən tat dilinin tədqiqinə maraq artmışdır. Bu lüğət də həmin marağın nəticəsi olaraq meydana gəlmişdir.

Dilçilər müsəlman tatlarının dilini üç qrupa — şimal, mərkəz və cənub ləhcələrinə bölürlər. Bu lüğət mərkəz ləhcəsinə daxil olan Azərbaycan dağlılarının bir hissəsinin yaşadığı Ərüsküş — Dağ Quşçu ləhcəsi əsasında tərtib olunmuşdur. Lüğətin ilk variantı 2007-ci ildə çap olunmuşdur. İlk təcrübə olan həmin lüğət sizlər tərəfindən maraqla qarşılanmış və ötən müddət ərzində sizlərdən daxil olmuş müraciətlər lüğətin növbəti nəşrini zəruri etmişdir. Ona görə də biz lüğətin üzərində yenidən işləməklə onu təkmilləşdirib sizlərə təqdim edirik.

Lüğətin hər hissəsinə 5000-ə qədər söz və ifadə daxil edilmişdir. Lüğətin tərtibində sizin rəy və təkliflərinizin bizə böyük köməyi olmuşdur. Sizin istəyinizi nəzərə alaraq bu nəşrdə tat dilinin fonetikası və qrammatikası haqqında da müxtəsər məlumat verilmişdir. Bu nəşrin təkmilləşdirilməsində bizə çox böyük köməklik etmiş oxucularımıza, xüsusən də Xırdalan şəhər sakini Rauf İsgəndərliyə, H.Z.Tağıyev qəsəbə sakini Xanbala Məmmədova öz dərin minnətdarlığımızı bildiririk. …