Bakı. Mart 1918-ci il Azərbaycan qırğınları sənədlərdə (2013)

Bakı. Mart 1918-ci il Azərbaycan qırğınları sənədlərdə (2013)
Title:Bakı. Mart 1918-ci il Azərbaycan qırğınları sənədlərdə
Author:Solmaz Rüstəmova-Tohidi
Translator:
Editor:
Language:Azerbaijani Turkic
Series:
Place:Bakı
Publisher:Çaşıoğlu
Year:2013
Pages:456
ISBN:9789952483437
File:PDF, 2.64 MB
Download:Click here
Kitab Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin dəstəyi ilə 2009-cu ildə nəşr olunmuş “Bakı. Mart 1918-ci il. Azərbaycan qırğınları sənədlərdə” (Bakı, 864s.) adlı sənədlər toplusunun qisadılmış variantıdır. Topluya Azərbaycan Hökumətinin Birinci Dünya müharibəsi başlanandan bütün Cənubi Qafqaz ərazisində müsəlman əhalisinə və onun mülkiyyətinə qarşı həyata keçirilmiş zorakılıq, qırğın və soyğunçuluq faktlarının araşdırılması üçün 1918-ci il 15 iyul tarixində yaratdığı Fövqəladə Təhqiqat Komissiyası (FTK) tərəfindən toplanmış və tərtib olunmuş sənədlər daxil edilmişdir. Toplu FTK materiallarının yalnız bir hissəsini – 1918-ci il Bakıda mart hadisələrinə aid sənədləri əhatə edir və bolşevik-daşnak birləşmələri tərəfindən bir neçə gün ərzində böyük əksəriyyəti azərbaycanlılardan ibarət olan 12 mindən çox dinc sakinin qətlə yetirildiyi mart qırğınlarına bilavasitə həmin hadisələri yaşamış insanların gözü ilə baxmağa imkan verir. Bakı şəhəri və ətraf kəndlərin dinc müsəlman əhalisinə qarşı erməni hərbi qüvvələrinin və yerli erməni əhalisinin bir qisminin vəhşilikləri və amansızlıqları haqqında çoxlu sayda faktlar, tanınmış, zəngin azərbaycanlıların ünvanlarından ibarət siyahıların əvvəlcədən hazırlanması, hərbi əməliyyatların şəhərin müxtəlif hissələrində eyni vaxtda başlanması və s. kimi məlumatlar dinc müsəlman əhalisinin məqsədyönlü və kütləvi şəkildə məhv edilməsinə dair planın mövcud olduğunu göstərir. Bu plan isə öz növbəsində erməni millətçilərinin öz gələcək dövlətləri üçün potensial ərazi kimi baxdıqları Azərbaycanın bütün regionlarında müsəlman əhalisinin sayının maksimum azaldılmasına yönəlmiş daha iri miqyaslı əməliyyatların və planların tərkib hissəsi idi. Sənədlər toplusuna həmçinin problemin tarixinə həsr edilmiş və müəllif tərəfindən yenidən işlənmiş elmi oçerk, geniş yardımçı-informasiya aparatı, FTK tərəfindən çəkilmiş foto-sənədlər və 1918-ci il Bakı şəhərinin xüsusi məzmunlu xəritəsi daxil edilmişdir.

Leave a Comment